June 05, 2020
Prime Minister Shri Narendra Modi had a phone call today with H.E. Paul Kagame, President of Rwanda. The Prime Minister expressed satisfaction at the progress achieved in bilateral ties since his memorable visit to Rwanda in 2018. The President of Rwanda warmly recalled the 200 Indian cows gifted by Prime Minister Modi during his 2018 visit, and explained that they had helped in improving availability of milk for Rwandan children and also increased the income of farmers.
The leaders discussed the challenges posed to their healthcare systems and economies by the COVID-19 pandemic. They shared information about the steps taken in the respective country to manage the crisis and ensure well-being of citizens. The leaders agreed to extend all possible support to each other’s expatriate citizens during the present crisis.
The Prime Minister assured the Rwandan President of India’s steadfast support to Rwanda’s efforts to combat the Coronavirus, including through medical assistance. He appreciated the effective management of the crisis under President Kagame’s leadership, and the firm resolve of the people of Rwanda in combating this challenge.
The Prime Minister conveyed his best wishes for the health and well-being of the people of Rwanda during the present crisis.
New Delhi
June 05, 2020
*****
Baş nazir Şri Narendra Modi və Ruanda prezidenti Zati-aliləri cənab Paul Kagame arasında telefon danışığı
5 iyun 2020
Baş nazir Şri Narendra Modi bu gün Ruanda prezidenti Zati-aliləri cənab Paul Kagame ilə telefon danışığı zamanı 2018-ci ildə Ruandaya etdiyi yaddaqalan səfərindən bəri ikitərəfli əlaqələrdə əldə olunan inkişafdan məmnunluğunu ifadə etdi. Ruanda Prezidenti 2018-ci ildə etdiyi səfəri zamanı Baş Nazir Modi tərəfindən 200 hind inəyinin hədiyyə edilməsinə dair xatırlatdı və bu addımın Ruanda uşaqlarının süd ilə təmin edilməsi zamanı vəziyyətin yaxşılaşdırılmasında köməklik etdiyini və fermerlərin gəlirlərini artdırdığını bildirdi.
Rəhbərlər, COVID-19 pandemiyası ilə bağlı hər iki ölkənin səhiyyə sistemində və iqtisadiyyatında yaranan problemlərə dair müzakirə etdilər. Böhranı aradan qaldırmaq və vətəndaşların rifahını təmin etmək üçün ölkələrində görülən tədbirlər barədə məlumat verdilər. Rəhbərlər hazırkı böhran dövründə bir-birlərinin xaricə gedən vətəndaşlarına hər cür dəstəyi göstərməyə razılıq verdilər.
Baş nazir Ruanda prezidentinə Ruandanın Koronavirusla mübarizədə, o cümlədən tibbi yardımla göstərdiyi səylərə Hindistan tərəfindən davamlı dəstək göstəriləcəyini bildirdi. O həmçinin Prezident Kagamenin rəhbərliyi altında böhranın səmərəli idarə edilməsini və Ruanda xalqının bu problemlə mübarizədə qətiyyətini yüksək qiymətləndirdi.
Baş nazir indiki böhran dövründə Ruanda xalqının sağlamlığı və rifahı üçün ən xoş arzularını çatdırdı.